Sportnet.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "Yubilyar Azərbaycan millisi" layihəsində növbəti silsilə yazılarına başlayır. Onuncu yazı "Darmadağınlarla bol olan "qara tarix": Oser faciəsi və digərləri" mövzusundadır.
Məlum olduğu kimi, milli komandamız 25 ildə 227 oyunda keçirib. Bunlardan yarıdan çoxunda - 123 matçda uduzan millimiz mənfi saldoya malikdir. Həmin məğlubiyyətlərdən böyük əksəri - 77-si seçmə mərhələlərdə, 46-sı yoldaşlıq görüşlərində qeydə alınıb. Yığmamız 384 qol buraxıb ki, bunun 236-sı rəsmi, 184-ü qeyri-rəsmi matçlarda olub.
Təəssüf ki, məğlubiyyətlərimiz arasında böyük hesablı olanlar çoxluq təşkil edir. Bu yazıda ən azı 4 top fərqli olanlardan bəhs edəcəyik. Ona görə ki, 3 top fərqli məğlubiyyətlər yetərincə çoxdur. Millimiz 3 top fərqli məğlubiyyətlərindən yalnız 2-ni göstərmişik ki, bu da səbəbsiz deyil. Əvvəla, Gürcüstan yığması ilə səfərdəki həmin yoldaşlıq görüşü millimizin tarixində ilk matçıdır. İkincisi də məhsuldar keçən həmin qarşılaşmada 6 top buraxmışıq. Bir də ki böyükhesablı məğlubiyyətlərimiz arasında ən çox məhz bu qarşılaşmada qol vurmuşuq. Qalanlarının çoxunda fərqlənməmişik, bunu etdiyimiz zaman isə uzağı 1 dəfə rəqib qapısına yol tapmışıq.
Bəli, əfsuslar olsun ki, Azərbaycan milli komandası tarixinə böyükhesablı məğlubiyyətlə başlayıb. Ancaq ilk böyük darmadağın bundan sonra zəif rəqiblə matçda olub. Bu, Avropada futbol ölkəsi sayılmayan Malta yığması ilə qarşılaşmada gerçəkləşib. Bu, millimizin tarixində yeganə matçdır ki, ona baş məşqçi dueti - Ağasəlim Mircavadov-Kazbek Tuayev tandemi olub.
Yığmamız seçmə mərhələdə debütünə də böyük hesablı məğlubiyyətlə olması diqqət çəkir. Bu da 3 top fərqli məğlubiyyətdir və debüt olduğundan istisna kimi göstərmişik. Həmin matçda da baş məşqçi postunda A. Mircavadov olub.
Azərbaycan yığması tarixində ən ağır məğlubiyyətini Fransa yığmasından alıb. Bu rəsmi oyun millimizin 25 illik tarixinə "Oser faciəsi" kimi düşüb. Onda Ağasəlim Mircavadovun baş məşqçisi olduğu komanda Eme Jakenin yetirmələrindən 10 cavabsız qol buraxıb. Bu qollardan 3-ü Elxan Həsənovun, 7-i onu 37-ci dəqiqədə qapıda əvəzləyən Nizami Sadıqov buraxıb. Yeri gəlmişkən, dünya və Avropa çempionu olan Fransa yığması tarixində hələ də ən böyükhesablı qələbədir.
A.Mircavadovu Oserdəki darmadağından sonra əvəzləyən K.Tuayev isə millimizin vətəndə ilk böyükhesablı məğlubiyyətini aldığı matçda baş məşqçi olub. Bu, Tofiq Bəhramov adına Respublika stadionunda Macarıstan yığmasında 0:4 hesablı məğlubiyyətdir. K.Tuayev məhz bu oyundan sonra istefaya göndərilib.
Millimizin səfərdə zəif çıxış etdiyindən, məğlubiyyətlərindən çoxu rəqib meydanında qeydə alınıb. Ancaq evdə də darmadağınlar az olmayıb. Bunlardan seçmə mərhələdə ən ağır məğlubiyyət Şahin Diniyevin baş məşqçiliyi dövründə olub. Söhbət Serbiya yığmasına 1:6 hesablı məğlubiyətdən gedir ki, Ş.Diniyev həmin nəticədən sonra millidən gedib. Yığmamızın Azərbaycanda ən böyük darmadağını da "Tofiq Bəhramov"da buraxdığı 6 qolla olub. Ancaq Serbiyadan fərqli həmin vaxt artıq Avropa çempionu olan İspaniya yığmasının qapısına yoldaşlıq görüşündə yol tapa bilməmişik.
Yığmamız Fransadan sonra ən ağır məğlubiyyətini Polşadan alıb. Millimizin seçmə mərhələdə qazandığı bu rəqib sonralar bizə qarşı amansız olub. Polşalılar braziliyalı Karlos Alberto Torresin vaxtında Azərbaycana 8, Ş.Diniyevin dövründə 5 cavabsız qolla qalib gəliblər. Almanlar isə həmyerliləri Berti Foqts millimizə başçılıq etdiyi dövrdə öz meydanlarında darmadağınla yadda qalıblar - 6:1, 4:0. Portuqaliya yığmasından aldığımız 0:7 hesablı məğlubiyyət də bizim üçün ən üzücü nəticələrdir.
Ümumiyyətlə, millimizin tarixinə "Oser faciəsi", "Varşava faciəsi", "Gimarayeş faciəsi", "Kiyev faciəsi", "Ramat Qan faciəsi", "Osiyek faciəsi" kimi düşən nəticələr olub. Son 3 oyunda 0:6 hesabı ilə düşmüşük və hər birində diqqətiçəkən məqam var. Kiyevdə Ukraynadan alınan ağır məğlubiyyətdən sonra Ş.Diniyev millidə böyük islahatlar apararaq Rəşad Sadıqov daxil olmaqla bir sıra təcrübəli futbolçuları kənarlaşdırıb. Ramat Qanda İsrailə məğlubiyyət K.A.Torresin millimizdə debütünə təsadüf edib və braziliyalı mütəxəssis də heyətdə "təmizləmə əməliyyatı" aparıb. Burda da əsas qurban kapitan müdafiəçi - Tərlan Əhmədov olub. Nəhayət, Osiyekdə Xorvatiyaya məğlubiyyət B.Foqtsun millimizdən istefaya göndərilməsi ilə nəticələnib.
Sonda onu da bildirək ki, millimizin darmadağınlarda futbolçularımız, daha dəqiq desək, mərkəz müdafiəçilərimiz avtoqollarla iştirak edib. Aftandil Hacıyev Polşada (0:8) bu planda "fərqlənib". R.Sadıqov isə 2 dəfə - Almaniya (1:6) və Xorvatiya (0:6) ilə səfər matçlarında topu öz qapısına göndərib.
Azərbaycan milli komandasının darmadağın olunduğu oyunlar (ən azı 4 top fərqli məğlubiyyətlər)
17 sentyabr 1992-ci il
Beynəlxalq yoldaşlıq görüşü
Gürcüstan – Azərbaycan – 6:3
Qollar: David Kizilaşvili, 20, 48, Georgi Daraseliya, 52, Şota Arveladze, 69,
Kaxaber Qoqişaişvili, 71-pen, Qiya Jişkariani, 79 - Nazim Süleymanov, 42, 85-pen, Vidadi Rzayev, 75
Gürcaani. David Kipiani adına stadion
Baş hakim: Quram Sepiaşvili (Gürcüstan)
Baş məşqçi: Əhməd Ələsgərov
19 aprel 1994-cü il
Beynəlxalq yoldaşlıq görüşü
Malta – Azərbaycan – 5:0
Qollar: Niki Saliba, 2, Kristian Laferla, 17, Karmel Bussuttil, 69, Cozef Kamilleri, 78, Çarles Skerri, 80
Ta Qali. Milli stadion
Baş hakim: Abdullah Salem (Liviya)
Baş məşqçilər: Ağasəlim Mircavadov, Kazbek Tuayev
7 sentyabr 1994-cü il
AVRO-1996-nın rəsmi oyunu
6 sentyabr 1995-ci il
AVRO-1996-nın rəsmi oyunu
Fransa – Azərbaycan – 10:0
Qollar: Marsel Dezayi, 13, Yuri Corkayeff, 17, 78, Vinsent Querin, 33, Reynald Pedros, 49, Frank Lebof, 64, 74, Kristof Düqarri, 66, Zinəddin Zidan, 72, Krostof Kokard, 90
Baş hakim: Alfred Mikallef (Malta)
Oser. "İ Abbe-Deşams” stadionu
Baş məşqçi: Ağasəlim Mircavadov
2 iyun 1996-cı il
DÇ-1998-nin seçmə mərhələ oyunu
Norveç – Azərbaycan – 5:0
Qollar: Stal Solbakken, 7, 46, Ole Qunnar Solskyaer, 37, 89, Frank Strandli, 59
Baş hakim: Alan Snoddi (Şimali İrlandiya)
Oslo. "Ullevaal” stadionu
Baş məşqçi: Kazbek Tuayev
11 oktyabr 1997-ci il
DÇ-1998-nin seçmə mərhələ oyunu
İsveçrə - Azərbaycan – 5:0
Qollar: Kubilay Türkilmaz, 13, 23, 69-pen, Murat Yakın, 23, Stefan Şapyuiza, 51
Baş hakim: Con Roubotam (Şotlandiya)
Sürix. "Hardturm” stadionu
Baş məşqçi: Vaqif Sadıqov
10 oktyabr 1998-ci il
AVRO-2000-nin sçemə mərhələ oyunu
Azərbaycan – Macarıstan – 0:4
Qollar: Pol Dardai, 59, Bela İlleş, 85-pen, İstvan Pisont, 88, Mikloş Feher, 90
Baş hakim: Stefan Bre (Fransa)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş məşqçi: Vaqif Sadıqov
26 mart 1999-cu il
AVRO-2000-nin sçemə mərhələ oyunu
Portuqaliya – Azərbaycan – 7:0
Qollar: Rikardo Sa Pinto, 28, Joao Pinto, 36, 77, Paulo Madeyra, 67, Serjio Konseysao, 75, Pedro Pauleta, 82, 83
Baş hakim: Yasek Qranat (Polşa)
Gimarayeş. "Estadio D.Alfonso Enrikes” stadionu
Baş məşqçi: Əhməd Ələsgərov
9 iyun 1999-cu il
AVRO-2000-nin sçemə mərhələ oyunu
Rumıniya – Azərbaycan – 4:0
Qollar: İon Qanea, 36, Dorinel Mutyanu, 44, İoan Vladou, 50, Laurentu Roşu, 90
Baş hakim: Jelko Şiriç (Xorvatiya)
Buxarest. "Styaua” stadionu
Baş məşqçi: Əhməd Ələsgərov
9 iyun 1999-cu il
Beynəlxalq yoldaşlıq görüşü
Özbəkistan – Azərbaycan – 5:1
Qollar: İlham Şaripov, 6-pen, Maksim Şatskix, 25, 39, 58, Əlişir Bazarov, 50 – Zaur Tağızadə, 47
Baş hakim: Qayrat Kərimov (Özbəkistan)
Səmərqənd. "Dinamo” stadionu
Baş məşqçi: Əhməd Ələsgərov
29 mart 2003-cü il
AVRO-2004-ün seçmə mərhələ oyunu
Uels – Azərbaycan – 4:0
Qollar: Simon Deyvis, 1, Qarri Spid, 40, Con Hartson, 42, Rayan Giqqz, 52
Baş hakim: Filip Leuba (İsveçrə)
Kardiff. "Millenium” stadionu
Baş məşqçi: Əsgər Abdullayev
11 oktyabr 2003-cü il
AVRO-2004-ün seçmə mərhələ oyunu
İtaliya – Azərbaycan – 4:0
Qollar: Kristian Vyeri, 15, Filippo İndzaqi, 24, 87, Marko Di Vayo, 64
Baş hakim: Stüart Duqal (Şotlandiya)
Reggio Kalabriya. "Orestte Qranillo” stadionu
Baş məşqçi: Əsgər Abdullayev
18 fevral 2004-cü il
Beynəlxalq yoldaşlıq görüşü
İsrail – Azərbaycan – 6:0
Qollar: Şlomi Abreytman, 9, 66, 69, İdan Tal, 25-pen, Yaniv Katan, 45+2, 61
Baş hakim: Paolo Parati (Portuqaliya)
Ramat Qan. Şəhər stadionu
Baş məşqçi: Karlos Aleberto Torres (Braziliya)
26 mart 2005-ci il
DÇ-2006-nın seçmə mərhələ oyunu
Polşa – Azərbaycan – 8:0
Qollar: Tomaş Frankovski, 12, 63, 66, Aftandil Hacıyev, 16-öz qapısına, Kamil Kosovski, 40, Yatsek Krjnovek, 72, Marek Şaqanovski, 84, 90
Baş hakim: Nikolay Vollquartz (Danimarka)
Varşava. "Polish Army” stadionu
Baş məşqçi: Karlos Alberto Torres (Braziliya)
15 avqust 2006-cı il
Beynəlxalq yoldaşlıq görüşü
Ukrayna – Azərbaycan – 6:0
Qollar: Andrey Vorinin, 3, Sergey Nazarenko, 12, Ruslan Rotan, 25, Oleq Qusev, 45, Andrey Vorobey, 71, Aleksey Belik, 90+1
Baş hakim: Stanislav Suxina (Rusiya)
Kiyev. Valeri Lobanovski adına stadion
Baş məşqçi: Şahin Diniyev
24 mart 2007-ci il
AVRO-2008-nin seşmə mərhələ oyunu
Polşa – Azərbaycan – 5:0
Qollar: Yatsek Bak, 3, Dariuş Dudka, 6, Voyçex Lobodzinski, 34, Yatsek Krjnovek, 58, Przemislav Kazmyerçak, 84
Baş hakim: Kristin Yakobson (İslandiya)
Varşava. "Voyska Polsyeqo” stadionu
Baş məşqçi: Şahin Diniyev
17 oktyabr 2007-ci il
AVRO-2008-nin seşmə mərhələ oyunu
Azərbaycan – Serbiya – 1:6
Qollar: Samir Əliyev, 26 – Duşko Toşiç, 4, Nikola Jiqiç, 22, 42, Boşko Yankoviç, 41, Milan Smilyaniç, 75, Danko Lazoviç, 84
Baş hakim: Tomas Eynvaller (Avstriya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş məşqçi: Şahin Diniyev
9 iyun 2009-cu il
Beynəlxalq yoldaşlıq görüşü
Azərbaycan – İspaniya – 0:6
Qollar: David Vilya, 34, 38, 45, Albert Riera, 67, David Quiza, 70, Fernando Torres, 87
Baş hakim: İqor İşenko (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş məşqçi: Berti Foqts (Almaniya)
9 sentyabr 2009-cu il
DÇ-2010-nun seçmə mərhələ oyunu
Almaniya – Azərbaycan – 4:0
Qollar: Mikael Ballak, 14-pen, Miroslav Kloze, 55, 65, Lukas Podolski, 71
Baş hakim: Anastasios Kakos (Yunanıstan)
Hannover. "AWD Arena” stadionu
Baş məşqçi: Berti Foqts (Almaniya)
7 sentyabr 2010-cu il
AVRO-2012-nin seçmə mərhələ oyunu
Almaniya – Azərbaycan – 6:1
Qollar: Heyko Vestermann, 28, Lukas Podolski, 45+1, Miroslav Kloze, 45+2, 90+2, Rəşad Sadıqov, 53-öz qapısına, Holqer Badştuber, 86
Baş hakim: Markus Strqomberqsson (İsveç)
Köln. "Rheyn Enerji” stadionu
Baş məşqçi: Berti Foqts (Almaniya)
3 sentyabr 2014-cü il
Beynəlxalq yoldaşlıq görüşü
Rusiya – Azərbaycan – 4:0
Qollar: Aleksandr Kerjakov, 6, 12, Serhey İqnaşeviç, 41, Vladimir Qranat, 81
Baş hakim: Rövşən İrmatov (Özbəkistan)
Ximki. "Ximki Arena” stadionu
Baş məşqçi: Berti Foqts (Almaniya)
13 oktyabr 2014-cü il
AVRO-2016-nın seçmə mərhələ oyunu
Xorvatiya – Azərbaycan – 6:0
Qollar: Andrey Kramariç, 11, İvan Perişiç, 34, 45, Marselo Brozoviç, 45+1, Luka Modriç, 57-pen, Rəşad Sadıqov, 61-öz qapısına
Baş hakim: Stefan Studer (İsveçrə)
Osiyek. "Qratski vrt” stadionu
Baş məşqçi: Berto Foqts (Almaniya)