Türkiyənin "Kasımpaşa" komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu posta Burak Yılmaz təyin olunub. 39 yaşlı mütəxəssis ötən gün istefaya göndərilən Hakan Keleşi əvəz edib.
Burak Yılmaz son olaraq digər Super Liqa təmsilçisi "Kayserispor"u çalışdırıb. O, bu klubdan ötən ilin sentyabrında ayrılıb.
Qeyd edək ki, "Kasımpaşa" Türkiyə çempionatında 20 turdan sonra 25 xalla 12-ci pillədə qərarlaşıb.