"Barselona" La Liqanın 35-ci turu çərçivəsində "Real"la növbəti "El Klassiko"nu İspaniyadan kənarda keçirmək niyyətindədir.
Sportnet.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Kataloniya klubu “Kamp Nou” stadionunun həmin vaxta qədər hazır olmayacağını düşünür, ona görə də rəhbərlik alternativ yer axtarmağa məcburdur.
Beləliklə, mümkün variantlardan biri tutumuna görə (90 min tamaşaçıdan çox) Avropada "Kamp Nou"dan sonra ikinci olan İngiltərənin “Uembli” stadionudur. Rəhbərlik hesab edir ki, bu arena klubun azarkeşlərinin qəlbində xüsusi yer tutur, çünki kataloniyalılar orada 1992-ci ildə Çempionlar kubikunu, 2011-ci ildə isə Çempionlar Liqasını qazanıblar.
Qeyd edək ki, La Liqa rəhbərliyi və İspaniya Futbol Federasiyası kataloniyalıların bu qərarını dəstəkləyir. "Barselona" - "Real" matçı mayın 11-nə təyin olunub.