Azərbaycanın MMA döyüşçüsü Akif Quluzadə növbəti qələbəsini qazanıb.
Sportnet.az xəbər verir ki, 19 yaşlı təmsilçimiz Tailandın paytaxtı Banqkokda keçirilən “ONE Friday Fights 94” turnirində qüvvəsini sınayıb.
Muay-tay qaydaları ilə keçirilən döyüşdə Akif yerli idmançı Puenqluanq Baanramba ilə üz-üzə gəlib. Yüngülvari çəkidə baş tutan döyüş turnirin əsas qarşılaşması olub. Quluzadə rəqibini ikinci raundda nokautla məğlub edib. “ONE Friday Fights 94” çərçivəsində keçirdiyi 3 görüşün hamısında qalib gələn idmançımız Banqkokdakı uğurundan sonra 100 min dollarlıq müqavilə imzalayıb.
Qeyd edək ki, Quluzadə karyerası ərzində keçirdiyi 5 görüşdə 4 dəfə qalib gəlib, 1 dəfə uduzub.