“Sabah” klubu özbəkistanlı futbolçu Umarali Rahmonaliyevi heyətinə qatıb.
Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi “Rubin”də forma geymiş özbəkistanlı yarımmüdafiəçi ilə anlaşıb. 23 yaşlı futbolçunun müqavilə müddəti açıqlanmayıb.
Qeyd edək ki, Umarali Rahmonaliyev cari mövsüm “Rubin”in heyətində Rusiya çempionatında kubokla birgə 7 matçda iştirak edib.