19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv San Marinoda keçirilən ilkin mərhələnin B qrupunu birinci pillədə başa vurub.
Bu gün meydan sahibləri ilə heç-heçə (2:2) edən U-19 xallarının sayını 4-ə çatdırıb. Yığma daha əvvəl Kosovonu 4:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, əsas mərhələnin görüşləri 25 - 30 martda Xorvatiyada keçiriləcək. 7-ci qrupda yer alacaq yığma meydan sahibi Xorvatiyadan başqa, Bosniya və Herseqovina və Türkiyədən olan həmyaşıdalrı ilə qarşılaşacaq. Qrup qalibi bu ilin sentyabrında Moldovanın Kişinyov şəhərində baş tutacaq final mərhələsinə vəsiqə qazanacaq.