Rusiyanın MOİK klubunun qapıçısı İqor Akinfeyev Vasili Berezutskinin Çinin “Şanxay Şenxua” klubundan ayrılaraq Azərbaycanın “Sabah” komandasına keçməsini ironik şəkildə şərh edib.
Sportnet.az xəbər verir ki, qolkiper TNT kanalına açıqlamasında 42 yaşlı mütəxəssisi küləyə bənzədib.
"Aleksey Berezutski Vasili Berezutskidən daha məsuliyyətlidir. Vasya külək kimidir. Bu yaxınlarda müsahibə verdi və Çində onun üçün hər şeyin çox gözəl olduğunu dedi. İki gün sonra isə Azərbaycanda bir klubun baş məşqçisi təyin olundu (gülür)” - deyə Akinfeyev bildirib.
Qeyd edək ki, Vasili Berezutski “Sabah”dan əvvəl MOİK və “Krasnodar” komandalarının da məşqçilər korpusunda çalışıb.