
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının futbolçusu Kriştianu Ronaldu sevgilisi Corcina Rodrigeslə birgə fotosunu paylaşıb.
Sportnet.az xəbər verir ki, portuqaliyalı hücumçu Rodrigesi doğum günü münasibətilə təbrik edib.
"Ana, tərəfdaş, dost, həyat yoldaşım... Ad günün mübarək, əzizim. Sənin işığın bizi işıqlandırır və sənin sevgin bizə enerji verir", - deyə o yazıb.
Qeyd edək ki, Kriştianu Ronaldu Corcina Rodrigeslə 2016-cı ildən münasibətdədir.