İtaliyanın “Yuventus” klubu braziliyalı futbolçu Danilo ilə müqaviləni pozub.
Sportnet.az xəbər verir ki, İtaliya klubu sabiq kapitanı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
34 yaşlı müdafiəçiyə klub göstərdiyi fəaliyyətə görə təşəkkür edilib. "Sambaçı" “Yuventus”un heyətində 213 oyun keçirib, 9 qol vurub.
Qeyd edək ki, Danilo Turin komandasının tərkibində bir dəfə İtaliya çempionluğu, İtaliya Superkuboku və iki dəfə İtaliya kubokunun qalibi olub.