Azərbaycanın mərhum futbol hakimi Tofiq Bəhramovun 100 illik yubileyi Bakıda və Şamaxıda qeyd olunacaq.
Sportnet.az xəbər verir ki, bu barədə teleqraf.com-a Futbol Veteranları İttifaqının (FVİ) sədri Oqtay Abdullayev məlumat verib. Abdullayevin sözlərinə görə, bu münasibətlə yanvarın 29-da paytaxtda veteranlar və jurnalistlər arasında yoldaşlıq görüşü keçiriləcək.
Yanvarın 31-də isə Şamaxıda mini-turnir keçiriləcək. Turnirdə Bakı, Sumqayıt, Quba və Şamaxıdan olan veteran futbolçular qatılacaqlar.
Qeyd edək ki, Tofiq Bəhramov 29 yanvar 1925-ci ildə Ağdamda doğulub. O, AFFA-nın Hakimlər Komitəsinin sədri və baş katibi vəzifələrində çalışıb. 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatının finalında Tofiq Bəhramovun İngiltərə yığmasının lehinə verdiyi obyektiv qərar "Uembli" stadionuna toplaşmış 98000 tamaşaçının yaddaşına həkk olunub və dünya futbol tarixinin ən mübahisəli epizodlarından sayılır. Bəhramov dünya futbol tarixində adına heykəl olan və adı stadiona verilən ilk hakimdir. Əfanəvi hakim 26 mart 1993-cü ildə vəfat edib.