Türkiyənin "Keçiörengücü" klubunun gənclər komandasının futbolçusu Abdulla Sultanoğlu vəfat edib.
Sportnet.az xəbər verir ki, 16 yaşlı futbolçu yol-nəqliyyat hadisəsində aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada dünyasını dəyişib.
Qəza mayın 16-da Ankaranın Çubuk rayonunun Cümhuriyyət məhəlləsində baş verib. Motosiklet idarə edən Sultanoğlu avtomobillə toqquşub.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan futbolçu reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər üç gün onun həyatını xilas etməyə çalışsalar da, buna nail ola bilməyiblər.
Abdulla Sultanoğlunun dəfn mərasimi bu gün keçirilib.
Hadisə ilə bağlı araşdırma davam edir.









































































