Rumıniyın FCSB komandasının futbolçusu Coyskim Dava cəzalandırılıb.
Sportnet.az xəbər verir ki, bu barədə klubun sahibi Cici Bekali açıqlama verib.
O bildirib ki, səbəb Bakıda "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının VLL tur matçında kamerunlu mərkəz müdafiəçisinin öz qapısına qol vurması və bir neçə səhvə yol verməsidir. Bekali 29 yaşlı stopperin son turda İngiltərədə "Mançester Yunayted"ə qarşı oynamayacağını bildirib.
Əvəzində həmin mövqedə Mihay Popesku çıxış edəcək. Popesku Bakıdakı görüşdə əzələsində ağrılar hiss etdiyi üçün meydanı tərk edən Florin Tenasunu əvəzləyib. Tenasunun bu gün UTA komandasına qarşı Rumıniya çempionatı matçında iştirak etməyəcəyi gözlənilir.
Qeyd edək ki, Cici Bekalinin FCSB-də heyət seçimlərinə qarışması müntəzəm baş verir. O, "Qarabağ"la oyun üçün start heyətini də öncədən açıqlayıb (teleqraf.com).