“Mingəçevir” islahatlara start verib.
Sportnet.az xəbər verir ki, yeni baş məşqçi Füzuli Məmmədov bir neçə futbolçunun xidmətində maraqlı olmayıb.
Bu səbəbdən də I Liqa təmsilçisi 6 oyunçusu ilə vidalaşıb. “Mingəçevir” Nizami Səmədov, Elvin Əsgərov, İlkin Əliyev, Rüstəm Quluzadə, Tural Məmmədzadə və Fuad Əhmədovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, komanda bugünlərdə ASTA ilə yeni tərəfdaşlıq müqaviləsi imzalayıb.