
Matçdan sonra keçirilən mətbuat konfransında "Simurq"un baş məşqçisi George Çixradze qələbəyə belə şərh verib: "Çox çətin oyun oldu. Qarşılaşma gərgin keçdi, komandalar əzmkar oyun göstərdi. Futbolçular sonadək mübarizə apardılar. Yaratdığımız qol imkanlarından maksimum faydalandıq. Daha bir neçə qol imkanımız oldu, təəssüf ki, imkanlardan istifadə edə bilmədik. Çox vacib 3 xal qazandıq”.