
Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Slovakiya "Jilina"sında qol hesabını açıb.
Sportnet.az-ın məlumatına görə, bu, "Preşov"la XXV turun ev oyununa təsadüf edib. Rəqibini məğlub edən "Jilina"nın son qolunu Şeydayev vurub. O, 79-cu dəqiqədə fərqlənib. Bu nəticədən sonra azərbaycanlı mütəxəssisin komandası 23 oyundan 55 xalla liderliyini davam etdirib. "Preşov" isə 14 xalla 12 komanda arasında 11-ci pillədə qalıb.