1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Georgi Nikolov Azərbaycanı tərk etdi
Bakının "İnter” futbol klubunun sabiq prezidenti Georgi Nikolov Azərbaycanı tərk edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə "Report”a bolqarıstanlı futbol funksioneri özü bildirib.
G.Nikolov bildirib ki, aprelin 7-də Bolqarıstana dönüb. O, Azərbaycana girişinə bir il müddətinə qadağa qoyulduğunu da qeyd edib: "Martın 7-də Bolqarıstana dönmüşəm. Nəhayət ki, Varnada, evimdəyəm, problem həll olundu. Lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfində ölkəyə girişimə qadağa qoyulub. Səbəb isə son il yarım ərzində Bakıda qanunsuz yaşamağımdır. Halbuku icazəsiz yaşamqla bağlı problem məndən qaynaqlanmırdı. Beynəlxalq Bankla bağlı araşdırmalar getdiyi üçün Azərbaycandan çıxışıma qadağa qoyulmuşdu. Lakin mənə qarşı heç bir ittiham irəli sürülməmşdi. Proses başa çatdı və səbrli davrandığım üçün mənə təşəkkür edib, yola saldılar. Mənə dəstək olan, maraqlanan hər kəsə, xüsusən də media nümayəndələrinə təşəkkür edirəm. Ümid edirəm ki, yenə görüşəcəyik”.
"İnter”in sabiq prezidenti bundan sonra futbol sektorunda çalışmaq istəmir. O, şəxsi işini quracağını söyləyib: "Hələlik iş barədə düşünmürəm, istirahət edib, özümə gəlməliyəm. Artıq futbol sektorunda çalışmağa həvə yoxdur. Amma heç vaxt "heç vaxt” deməmək lazımdır. Şəxsi işimi quracam. Yəqin ki, idmanla bağlı olacaq”.
Qeyd edək ki, Georgi Nikolov 2006 - 2015-ci illərdə "İnter” klubunun prezidenti vəzifəsində çalışıb. Komandanın fəxri prezidenti isə "Azərbaycan Beynəlxalq Bank" ASC-nin sabiq rəhbəri Cahangir Hacıyev olub.