1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Hakimi öpüb-dişləyən klub prezidentinə ömürlük cəza - VİDEO
Tunis Futbol Federasiyası "Sfaksyen" klubunun prezidenti Monsef Hemahemi ömürlük diskvafikasiya edib.
Sportnet.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna Hemahemin "Etual dü Sahel"lə oyundan sonra hakimi öpməsi səbəb olub. O, referinin "Sfaksyen" əleyhinə penalti təyin etməsindən narazı olub. Görüşdən sonra klub prezidenti hakimlər briqadasına yaxınlaşaraq, onlardan birini öpüb, qulağını dişləyib və yanağına çimdik atıb.
Hemahem 30 min dinar (1500 avro) cəriməyə də məruz qalıb.
Qeyd edək ki, görüş 2:2 hesablı heç-heçə ilə nəticələnib.