1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mahir Mədətov: "Çempionluq ikinci planda idi" - MÜSAHİBƏ
"Qarabağ”ın futbolçusu Mahir Mədətov Azərbaycan Premyer Liqasının XXVI turunda "İnter” üzərində 3:0 qələbədən və Ağdam təmsilçisinin çempionluğu rəsmiləşdirməsindən sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir.
- Gənc yaşda ikinci çempionluğunuzdur. Təəssüratlarınız necədir?
- Əsas məqsəd qalib gəlmək idi. Çünki "İnter” cari mövsümdə məğlub edə bilmədiyimiz yeganə komandaydı. Buna daha çox köklənmişdik. Çempionluq ikinci planda idi. Həm qələbə, həm də çempionluq gəldi. İkinci çempionluğumdur, çox xoşbəxtəm.
- "Kəpəz”in "Qəbələ”yə qalib gələcəyinə inanırdınız?
- İnanırsınız, "Kəpəz”in oyununa baxmırdım. Hesabdan xəbərim yox idi. Hamı sevinəndə başa düşdüm ki, nəsə olub.
- Qurban Qurbanov oyundan əvvəl demədi ki, "Qəbələ”uduzub, biz udsaq, çempionuq?
- Olubsa, yəqin mən eşitməmişəm (gülür). Məşqçiyə qulaq asıram, amma bunu eşitməmişəm.
- Bu gün "İnter”in müqavimət göstərməməyi nədən irəli gəlir?
- Yəqin ki, bizim günümüz idi. "İnter” yaxşı komandadır. Əvvəlki matçlarda bunu görmüşdük.
- Çempionluqda həlledici oyun hansı oldu?
- Bütün oyunlar vacibdir. "Qəbələ”nin xal itirdiyi matçları qeyd edə bilərəm.
- "Qəbələ” yaralı aslana bənzəyir. Onlar kubokun finalında onqat motivasiya ilə çıxış edəcəklər...
- Onlarda ikiqat olacaqsa, bizdə beşqat olacaq. Çünki "qızıl dubl” etmək istəyirik.
- Mətbuatda Portuqaliyanın "Tondela” klubuna gedə biləcəyinizə dair xəbərlərə rast gəlirik. Bu barədə nə deyə bilərsiniz?
- "Qarabağ”la müqaviləm var. Bu haqda düşünməmişəm. Maksim Medvedev zarafatca mənə dedi ki, Avropaya gedirsən, xəbərimiz yoxdur (gülür). Həmin xəbəri mən də oxumuşam. Amma belə bir şey yoxdur. Əlbəttə, Avropada oynamaq istərəm. Lakin yaxşı klubda.