1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Beşiktaş"ın rəqibi ilə bağlı növbəti QALMAQAL - VİDEO
Fransa çempionatında "Bastiya" və "Lion" komandaları arasındakı oyun çaxnaşma üzündən yarımçıq qalıb.
Sportnet.az-ın Fransa Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, "Bastiya" azarkeşləri oyunun startı ərəfəsində meydana girərək, "Lion"un futbolçularına hücum cəhdi ediblər. Buna görə də start fiti 50 dəqiqə gecikib. İlk yarının sonlarında isə meydana girən azarkeşlə "Lion"un qapıçısı Antoni Lopeş arasında toqquşma olub. Bu zaman görüşün stüardlarından biri qonaq komandanın müdafiəçisi Muktar Dyakabiyə zərbə endirməyə çalışıb. Nəticədə qərara alınıb ki, matç davam etdirilə bilməz. Oyunun yeni tarixi yaxın müddətdə açıqlanacaq.
Qeyd edək ki, bu, həftə ərzində "Lion"un adının qarışdığı ilk insident deyil. Aprelin 13-də Avropa Liqasında Türkiyə "Beşiktaş"ı ilə ilk 1/4 final matçından əvvəl "şirlər"in mindən çox azarkeşi meydana daxil olub. Nəticədə görüş 50 dəqiqə ləngiyib.