"Qarabağ”ın çempion olacağını onsuz da çoxları bilirdi. Çünki son turlarda Ağdam komandası üstünlüyü əldən verməyəcəkdi”.
Bu sözləri Sportnet.az-a açıqlamasında Azərbaycan milli komandasının və "Qarabağ”ın sabiq futbolçusu Ramal Hüseynov deyib. Hüseynovun fikrincə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda ölkə kubokunun finalında da "Qəbələ”ni üstələyəcək: "Qarabağ” heç kuboku da əldən verməz. Məncə, "Qəbələ”ni finalda məğlub edəcəklər. Çünki bu il yenə ən güclü "Qarabağ”dır. Fikrimcə, əvvəlki illərdən fərqli olaraq indiki "Qarabağ” daha güclüdür".
Təcrübəli oyunçu Premyer Liqanın səviyyəsi barədə də danışıb: "Sizə düzünü deyim ki, kənardan Azərbaycan çempionatı çox pis görünür. 8 komandalı çempionat yaxşı görünə bilməz. Azərbaycandan ayrıldığım üçün oradakı futbolla elə də maraqlanmıram. Bundan sonra təkliflər olsa belə, ora gəlmərəm. Hazırda "Sarıqamış Bələdiyyə Spor” klubunda oynayıram. Bütün işlərim də qaydasında gedir”.