Futbol üzrə Danimarka çempionatının final mərhələsinin III turu çərçivəsində keçirilən "Bröndbü” – "Kopenhagen” oyununda xoşagəlməz hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmanın 85-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri qonaq komandanın futbolçularına ölü siçovullar atıblar. Nəticədə kopenhagenlilər ölü gəmiricilər meydançadan təmizləndikdən sonra oyunu davam etdirə biliblər.
Qeyd edək ki, insidentə rəğmən, "Kopehnagen” "Bröndbü”nü 1:0 hesabı ilə məğlub edə bilib. Paytaxt təmsilçisi hazırda 71 xalla liderdir.
]