1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zaur Axundov "İnter"in Müşahidə Şurasının sədri təyin edilib
Bakının "İnter" Peşəkar İdman Klubunun Müşahidə Şurasına yeni sədr təyin edilib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, AFFA İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovdur.
Bu yaxınlarda klubun idarəçiliyi Azərbaycan Beynəlxalq Bankı ilə bağlanmış müqaviləyə uyğun olaraq AFFA-ya verilib. AFFA tərəfindən "İnter”ə səlahiyyətli nümayəndə təyin edilən Rəmiş Malıyev isə icraçı direktor vəzifəsini icra edəcək.
Qeyd edək ki, "İnter"in Müşahidə Şurasının əvvəlki sədri almaniyalı Yohann Enqbrext olub.