Latviyanın "Skonto" klubu satışa çıxarılıb.
Sportnet.az-ın "Delfi" portalına istinadən xəbər verir ki, Latviya Futbol Federasiyasının cümə günü keçirilən konqresində Riqa təmsilçisinin satışa çıxarıldığı elan olunub.
Məbləği açıqlanmayan paketdə hazırda futbolçulara məxsus olan "Skonto" əmtəə nişanının alınması təklif olunur. Bildirilir ki, klubun borcları "Skonto"nun yeni sahibinə aid edilməyəcək.
Ötən ilin dekabrında məhkəmə "Skonto"nu ödəniş qabiliyyəti olmayan klub elan edib.
Qeyd edək ki, Latviyanın ən titulu komandası olan "Skonto" 14 dəfə ölkə çempionu olub və 8 dəfə kuboka sahib çıxıb.