Avropa Liqasına vəsiqə qazanan "Zirə” heyətlə bağlı çalışmalara start verib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Ayxan Abbasov müqaviləsi başa çatan 3 futbolçu ilə yolları ayırmağı qərara alıb. Anlaşması başa çatan Tural Cəlilov və Yamîin Ağakərimzadə ilə yanaşı, icarə müddəti bitən Migel Lorensoya yeni müqavilə təklif olunmayıb.
"Zirə” hər 3 futbolçuya göstərdikləri xidmətə görə təşəkkür edir və gələcək karyeralarında uğurlar arzulayır.







































































