Futbol üzrə Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, İspaniyanın "Real Madrid" klubudur. 
"Kral klubu" Madridin digər təmsilçisi "Atletiko"nu mübarizədən kənarlaşdırıb. Zinəddin Zidanın baş məşqçi olduğu komanda "Santyaqo Bernabeu"da 3:0 hesabı ilə yendiyi rəqibinə "Visente Kalderon"da minimal fərqlə uduzub - 1:2. İki oyunun cəmində daha üstün top fərqinə (4:2) malik olan "Real Madrid" ardıcıl ikinci mövsüm finala yüksəlib. 
Həlledici qarşılaşmada "kral klubu" İtaliya "Yuventus"u ilə qarşılaşacaq. Görüş iyunun 3-də Uelsin paytaxtı Kardiff şəhərindəki "Millenium" stadionunda olacaq. 
Yarımfinal, cavab oyunu
10 may
22:45. "Atletiko" (İspaniya) - "Real Madrid" (İspaniya) - 2:1
Qollar: Saul, 12. Antuan Qrizman, 16-penalti ilə - İsko, 42
Baş hakim: Cüneyt Çakır (Türkiyə)Madrid. "Visente Kalderon" stadionu
İlk oyun - 0:3









                 





    
    
    
    
    
    
    
    


























































