
Əvəzedicilərin ölkə çempionatında IV tura yekun vuruldu. Sportnet.az-ın məlumatına görə, turun ilk oyun günündə "İnter” səfərdə "Xəzər Lənkəran”la qarşılaşıb.
Matç paytaxt təmsilçisinin böyükhesablı qələbəsi başa çatıb.
İkinci oyun günündə iki görüş baş tutub. "Qəbələ" öz meydanın AZAL-ı minimal hesabla məğlub edib. "Sumqayıt"ın qonağı olan "Araz Naxçıvan" rəqibini 3:1 hesabı ilə yenib.
Günün son oyun günündə "Neftçi" "Simurq"a 2:3, "Bakı" isə "Qarabağ"a 1:3 hesabı ilə məğlub olub.
30 avqust
"Neftçi” - "Simurq” 2:3
Qollar: Cavid Muxtarzadə, 27; 34 - Oruc Balaşlı, 52; 90+2; Nicat Muxtarov, 61
"Qarabağ” - "Bakı” 3:1
Qollar: Nicat Abbasov, 16; Fuad Məmmədzadə, 45; Ruslan Hüseynov, 90+2 - Müşfiq İlyasov, 90
29 avqust
"Qəbələ” - AZAL 1:0
Qol: Murad Musayev, 60
"Sumqayıt” - "Araz Naxçıvan” 1:3
Qollar: Elsevən Rəhimli, 28 - Kamil Hüseynov, 49; Tağı Seyidov, 60; Vüsal Abdullayev, 64
28 avqust
"Xəzər Lənkəran” - "İnter” 1:4
Qollar: Nurxan Mənsimzadə, 90+2 - İlkin Sadıqov, 12; Fərhad Budaqov, 41; Mirsahib Abbasov, 84; 90