1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İslamiada: Kamerun millisinin baş məşqçisi xəstəxanaya yerləşdirildi
İslamiadada Kamerun və Mərakeş komandaları arasında baş tutan matçda xoşagəlməz hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, Kamerun yığmasının baş məşqçisi Riçard Tova huşunu itirdiyi üçün xəstəxanaya aparılıb. Hadisə qarşılaşmanın 30-cu dəqiqəsində - Frants Panqop Çidjui dəqiq zərbə ilə Kamerun yığmasını hesabda önə çıxaran zaman yaşanıb.
Komandanın həkimi Тама Moktamo bildirib ki, baş məşqçi əvvəlcə oyunun keçirildiyi "Bayıl Arena”da müayinə olunub, saat 18:00-da isə xəstəxanaya aparılıb. Həkimin sözlərinə görə, müayinələrdən keçən Tovanın səhhətində ciddi problem yaşanmayıb və hazırda özünü yaxşı hiss edir.
Qeyd edək ki, matç 1:1 hesabı ilə başa çatıb. Kamerun millisi A qrupunun ilk matçında Azərbaycan yığması ilə də heç-heçə edib – 0:0.