
"Ağsu" klubu Azərbaycan Premyer Liqasında iştirak üçün vəsiqə qazandığı halda, AFFA-ya lisenziya üçün müraciət etməyib.
Bu barədə Sportnet.az-a Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov məlumat verib. O bildirib ki, klub elitada oynamaq istəyini ifadə etməyib: "Bəlkə də, elitaya yüksəlmək niyyətləri olub, lakin bunu yazılı şəkildə bizə bildirməyiblər”.
Qeyd edək ki, "Ağsu" I Divizionu 53 xalla 3-cü pillədə başa vurub.