Futbol üzrə Heydər Əliyev Kubokuna start verildi. Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən ilk oyunda yerli "Araz Naxçıvan”la "Mil-Muğan” (İmişli) üz-üzə gəlib.
Görüş "Mil-Muğan” klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb. Yerli komandanın qollarını "Zirə"dən ayrılan Nurlan Novruzovla AZAL-ın sabiq oyunçusu İlqar Ələkbərov vurub.
MOİK isə "Zaqatala"nı minimal hesabla yenib. Bu qarşılaşmada isə Rəhman Musayev gözəl qolla fərqlənib. Musayev başa çatan mövsümdə "Turan Tovuz"un heyətində çıxış edib və 25 qolla bombardirlər siyahısında ikinci yeri tutub.