İspaniyanın "Real Madrid" klubunun hücumçusu Kriştianu Ronaldu futbolsevərlərin yaddaşında uzun müddət qalacağına şübhə etmir. Sportnet.az-ın məlumatına görə, portuqaliyalı oyunçu qoca vaxtınadək yaşamaq istəyini dilə gətirib.
Ronaldu deyib: "11 yaşımdan anladım ki, başqalarını üstələyirəm. İnsanlar 90 yaşımda da məni xatırlayacaqlar. Futbol tarixinə düşdüyümü bilirəm".
Dünyanın ən yaxşı futbolçusu İtaliya "Yuventus"u ilə keçirəcəkləri Çempionlar Liqasının final matçı barədə də danışıb: "Razıyam ki, oyunum pis alınsın, amma "Real Madrid" qələbə qazansın. "Yuventus" əla komandadır, amma "Real Madrid" güclüdür. Biz bunu sübuta yetirmək fikrindəyik".
Qeyd edək ki, final oyunu iyunun 3-də Uelsin paytaxtı Kardiffdəki "Millenium" stadionunda keçiriləcək.