
İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Joze Mourinyonun atası Feliş Mourinyo ikən dünyasını dəyişib. Sportnet.az-ın məlumatına görə, ata Mourinyo 79 yaşının tamamlanmasından 8 gün sonra vəfat edib.
O, gənclik illərində qapıçı kimi çıxış edib. F.Mourinyo karyerasına başladığı "Vitoriya" ilə 2 dəfə Portuqaliya Kubokunu qazanıb. Daha sonra mərhum 1968 - 1974-cü illərdə "Belenensiş"də fornma geyinib, 1980-ci illərdə bu komandada köməkçi-məşqçi və baş məşqçi olub. Həmin vaxt Joze Mourinyo onun rəhbərliyi altında çıxış edib.