Yay fasiləsində "Qarabağ”dan ayrılan Muarem Muaremin yeni komandası müəyyənləşib.
Sportnet.az-ın ports.kz saytına istinadən verdiyi məlumata görə, 28 yaşlı makedoniyalı yarımmüdafiəçi Qazaxıstan təmsilçisi "Aktobe” ilə razılıq əldə edib.
Hərçənd bir müddət əvvəl onun "Adanaspor"la anlaşdığı bildirilirdi.
Qeyd edək ki, Muarem Muarem daha əvvələ Türkiyənin "Orduspor” və "Eskişehirspor” komandalarının formasını geyinib.