"Milan" Pyer-Emerik Obameyanq üçün "Borussiya"(Dortmund) ilə danışıqlara başlayıb. Sportnet.az-ın La Gazzetta dello Sport nəşrinə istinadən yaydığı məlumatına görə, "rossonyerlər" qabonlu forvard üçün verə biləcəyi məbləği də açıqlayıb. Məlumata görə, "Milan" Obameyanqa görə "Borussiya"ya 60 milyon avro təklif edib. Bununla yanaşı Milanın eyniadlı təmsilçisi forvarda illik 8 milyon avro maaş verəcək. Amma hələ ki, Dortmund təmsilçisi bununla razılaşmayıb. Qeyd edək ki, Pyer-Emerik Obameyanq ilk peşakar karyerasına məhz "Milan"da başlayıb. Ancaq sonradan o, "Dijon", "Lill", "Monako", "Sent-Etyen" klublarında da çıxış edib.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |