"Matçın referisi ilk 10 dəqiqə ərzində 3 futbolçumuza sarı vərəqə göstərdi. Bu, çox şeydən xəbər verir. Qapımıza absurd cərimə zərbələri verdi və mənasız qərarları ilə oyunu məhv etdi”.
Sportnet.az-ın məlumatına görə, bunu Gürcüstanın "Samtredia” komandasının futbolçusu Giorgi Mçedlişvili Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ”a 0:5 hesablı məğlubiyyəti "Adjara Sport”a şərh edərkən deyib.
25 yaşlı sağ cinah müdafiəçisi bildirib ki, görüşün türkiyəli baş hakimi Mete Kalkavan rəqib oyunçuya toxunub-toxunmamaqdan asılı olmayaraq Gürcüstan təmsilçisinin əleyhinə qayda pozuntuları qeyd alıb: "Əlbəttə, "Qarabağ” yaxşı komandadır. Lakin bizim də oyunumuz alınmadı. Həm də hakimin matçı necə pis idarə etdiyini hamı gördü”.
Qeyd edək ki, "Qarabağ"ın 5:0 hesabı ilə qalib gəldiyi görüşdə baş hakimi "Samtredia"nın qapısına iki penalti təyin edib. Bu kollektivlər arasındakı cavab görüşü iyulun 18-də Gürcüstanın paytaxtı Tbilisidəki Boris Payçadze adına "Dinamo" stadionunda keçiriləcək.