"Qəbələ"nin sabiq futbolçusu Fakundo Pereyra özünə yeni komanda tapıb. Sportnet.az-ın məlumatına görə, argentinalı hücumçu Meksikanın "Nekaksa" klubu ilə müqavilə bağlayıb.
30 yaşlı oyunçu karyerasında ikinci dəfə Meksika çempionatında çıxış edəcək. O, 2012 - 2014-cü illərdə "San-Luis" komandasının formasını geyinib. Daha sonra Pereyra Yunanıstan PAOK-una keçib və 2015-2016 mövsümünün ilk yarısında "Qəbələ"də icarə əsasında çıxış edib.
Qeyd edək ki, Fakundo Pereyranın son klubu Argentina "Kolon"u olub.