Əsədov bildirib ki, "Neftçi" həmişə ona doğma olub: "Həm futbolçu, həm də məşqçi kimi "Neftçi”də püxtələşmişəm. Bu komandanın hər zaman yüksək yerlər uğrunda mübarizə apardığını bilirəm. Bu komandada çempionluq sevinci yaşamışam. Çalışacağıq ki, "Neftçi”nin ötən mövsüm çempionatdakı uğursuzluğunu unutduraq”.
Qeyd edək ki, Böyükağa Hacıyevi əvəzləyən Arif Əsədovla 2 illik müqavilə bağlanılıb.