"Qəbələ"nin əvəzedicilərdən ibarət komandası 2017/2018 mövsümünə böyükhesablı qələbə ilə başlayıb. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar” ilk turda səfərdə "İnter”i hesabı ilə yenib - 6:2.
Görüşə ardıcıl hücumlarla başlayan Elmar Baxşıyevin yetirmələri 10-cu dəqiqədə hesabı açıb. Meydan sahiblərini Roman Hüseynov məyus edib. İlk hissənin ortalarında bakılılar hesabda tarazlıq yaratsa da, fasilə ərəfəsində "Qəbələ” daha iki qol vurmağı bacarıb. Fərid Nəbiyevlə Ülvi İsgəndərov fərqləniblər.
İkinci hissədə də 4 qol qeydə alınıb. Öncə paytaxt təmsilçisinin futbolçusu Sinan Akkoyun avtoqola üzülüb. Az sonra "İnter” yenidən fərqi azaltsa da, final fiti öncəsi "qırmızı-qaralar” daha 2 qola sevinib. Baxşəli Baxşəliyev və Tural Məmmərzəyev rəqib qapısına yol tapıb.
Qeyd edək ki, ilk oyun günündə "Neftçi" "Qarabağ"ı yenib - 1:0.