1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"la matça yaxşı köklənməyi bacaracağıq”
"Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə böyük əhəmiyyət kəsb edir. Biz az qazancla kifayətlənməməliyik".
Sportnet.az-ın məlumatına görə, bunu Danimarka "Kopenhagen"inin futbolçusu Nikolay Boylesen "Qarabağ"la keçirəcəkləri Çempionlar Liqasının "pley-off" oyunlarından əvvəl klub televiziyasına açıqlamasında deyib.
25 yaşlı müdafiəçi müdafiə xəttində əvəzləyəcəyi Erik Yohanssonun zədələnməsini komanda üçün itki adlandırıb: "Əlbəttə, Yohanssonun sıradan çıxması bizim üçün kədərli hadisədir. Ancaq onun yoxluğunu unutdurmağa və yaxşı nəticə qazanmağa çalışacağıq. Əlimizdən gələnin ən yaxşısını etməli, komanda şəklində oynamalıyıq. Rəqibin yaxşı futbolçuları var".
Boylesen Ağdam klubu ilə matçın çətin keçəcəyini bildirib: "Burada sərfəli nəticə qazanmaq mütləqdir. Məqsədimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır. Bu, bizim üçün çox vacibdir. Daxili çempionatda son oyunlarda büdrədik. Amma son görüşdə heç də pis təsir bağışlamadıq. Ümid edirəm ki, "Qarabağ"la matça yaxşı köklənməyi bacaracağıq”.