1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Samir Əliyev: "Hansı klubun azarkeşi var ki?"
"Ən azı 1 xal üçün meydana çıxmışdıq. Oyunun gedişində əsas məqsədimiz qol buraxmamaq idi. Sevindirici haldrı ki, sonda qələbə qazana bildik. 90 dəqiqə ərzində şanslarımız oldu. Lakin təcrübəsizlikdən həmin epizodları dəyərləndirə bilmədik. Bununla belə, yekunda istəyimizə çatdıq. 60-cı dəqiqədən sonra komanda dayandı. Bu da fiziki problemlərdən irəli gəlir”.
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Samir Əliyev evdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur matçından sonra mətbuat konfransında deyib.
Gənc mütəxəssis son 30 dqiqədə geri çəkilmələrinin səbəbini belə izah edib: "Bunda həm fiziki çatımazlıqlar, həm də "Neftçi”nin təzyiqinin rolu oldu. Bizdən çox rəqib qələbə qazanmaq istəyirdi. Bu gün "Zirə”yə qarşı oyundakı ilə müqayisədə müdafiədə daha az səhv buraxdıq”.
Baş məşqçi "Səbail”in "Dalğa Arena”da dəstəksiz qalmasına da reaksiya verib: "Azərbaycanda hansı klubun azarkeşi var ki? Premyer Liqada bütün klublarda bu problem var. İstərdik ki, daha çox azarkeş gəlsin”.
Qeyd edək ki, "Səbail" "Neftçi"ni 90-cı dəqiqə qolu ilə məğlub edib (futbolxeber.az).