
"Qarabağ"ın "İmarət" fan-klubunun üzvləri Azərbaycan Premyer Liqasının II turu çərçivəsində "İnter"lə oyun zamanı Norveçin ölkəmizdəki səfirliyinə etiraz əlaməti olaraq plakat açıblar.
Sportnet.az xəbər verir ki, buna səbəb səfirliyin Çempionlar Liqasının "pley-off" mərhələsində "Kopenhagen"lə oyunu izləmək üçün Danimarkaya səfər etmək istəyən 20 nəfərdən yalnız 6-na viza verməsidir.
Qeyd edək ki, "Kopenhagen" - "Qarabağ" oyunu avqustun 23-də keçiriləcək.