"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl klubun futbol akademiyasının sabiq rəhbəri Həmdi Serpil Tüzünü ziyarət edib.
Sportnet.az-ın məlumatına görə, buna səbəb türkiyəli mütəxəssisin səhhətində problem yaranmasıdır.
Qeyd edək ki, Türkiyəyə Metin Tekin, Sergen Yalçın kimi tanınmış futbolçuları bəxş edən 90-cı illərdə "Beşiktaş”ın memarı, Türkiyənin gənclərdən ibarət milli komandasını Avropa çempionu etmiş Tüzün 2004-05 və 2010-12-ci illərdə "Qarabağ”da çalışıb. O, Qara Qarayev, Əfran İsmayılov, Rauf Əliyev və Maksim Medvedev kimi futbolçuları Ağdam klubuna gətirib.