1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rövnəq Abdullayev: "Bu, böyük tarixin ilk sətirləridir"
AFFA-nın prezidenti Rövnəq Abdullayev "Qarabağ” klubunun UEFA Çempionlar Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, R.Abdullayev affa.az-a çaıqlamasında komandanın qazandığı nailiyyəti böyük tarixi ilk sətirləri adlandırıb.
"Tarixi uğurun şahidi olduğumuz üçün çox sevincliyik" deyən AFFA prezidenti fikirlərinə "Qarabağ” uğura doğru səbrlə, addım-addım irəlilədi və nəhayət, hər birimizin arzuladığımız sevinci bizə yaşatmağı bacardı. Azərbaycan futbolunda bir ilkə imza atan "Qarabağ” Futbol Klubunun rəhbərliyini, məşqçilərini, inzibati heyətini, futbolçularını və təbii ki, bütün oyunlarda komandaya inanan, dəstəyini əsirgəməyən azarkeşləri bu zəfər münasibətilə təbrik edirəm. Azərbaycan futbol ictimaiyyəti adından "Qarabağ”a Çempionlar Liqasının qrup mərhələsində uğurlar arzulayıram” sözlərini əlavə edib.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının "pley-off" mərhələsində Danimarka "Kopenhagen"ini üstələyərək, qrupa yüksəlib.