1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadıqov: “Azərbaycan xalqı olaraq bu nəticəni çox istəyirdik”
Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ”ın kapitanı Rəşad Sadıqov Danimarka səfərindən sonra hava limanında jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
– Oyunun zamanı hansı hissləri yaşadınız?
– Bizi çətin səfər oyununun gözlədiyini bilirdik. "Kopenhagen” təcrübəli komandadır və hər an təhlükəli ola bilərdi. Son dəqiqəyə kimi mübarizə apardıq və mərhələni keçən tərəf də biz olduq.
– Matçdan sonra Azərbaycan xalqı bu qələbəni böyük coşqu ilə bayram etdi…
– Hamıya təşəkkürümü bildirirəm. Bütün Azərbaycan xalqı olaraq bu nəticəni çox istəyirdik. Neçə illərdi ki, bunun üçün çalışırdıq, buna doğru gedirdik. Şükürlər olsun ki, sonda alındı. Özünüz də bilirsiz ki, keçən il liqanı çox üzgün şəkildə tərk etmişdik. Builki hazırlıqlar dövründə məğlubiyyətlər olurdu. Hətta insanlarda bizə qarşı inamsızlıq yaranmışdı. Amma biz birinci gündən bilirdik ki, nəticə qazanmaq üçün çox əziyyət çəkməliyik.
– Bu uğuru nəyə borclusuz?
– Komanda şəklində çox əziyyət çəkirdik. Düşündüyümüz transferlər alınmırdı. Qurban müəllimi təbrik etmək istəyirəm ki, transfersiz, çətinliklərlə baxmayaraq son nöqtəni qoyaraq, ÇL-ə düşdük. Elə şeylər var ki, çox adam hiss etmir. Qurban müəllim dünən bir neçə dəfə sistemi dəyişdi. Bu tip oyunlarda dəyişikliklər etmək böyük riskdir. Ancaq o, bunu etdi. Hətta ilk yarışda məğlub olsaq da, dedi ki, yaxşı futbol oynayırsız, biz mərhələ keçəcəyik və mən sizə inanıram. Nəticədə də biz buna nail olduq. Həqiqətən bu, tək bizim qələbəmiz deyil. Çünki "Qarabağ” xalqın komandasıdır. Biz də hansı komandanı təmsil etdiyimizi yaxşı bilirik. Son damla qanımıza qədər mübarizə apardıq ki, istəyimizə çataq.
– Hansı rəqiblə qarşılaşmaq istəyirsiz?
– Biz heç vaxt hansısa rəqibi istəməmişik və ya çəkinməmişik. Allah kimi qismət etsə, onlarla da oynayacağıq.
– İtaliya "İnter”i ilə görüşdən sonra demişdiz ki, bilmirəm mənim əlimə belə şans nə zaman düşəcək. Dünənki oyundan sonra nə düşündüz?
– Yolda çox şey haqda danışmışıq. Çox şeyləri yadımıza salmışıq. 5 saat yatmamışıq. Bizim yolumuz "Rosenborq”la oyundan başladı. Gələn ildən ÇL daha çətin olacaq. Biz də başa düşürdük ki, bir də belə fürsət olmayacaq.