
"Hər üç rəqibimiz "TOP-5" ölkələrinin təmsilçisidir. Azarkeşlər və bizim üçün bu turnir bir təcrübə olacaq, hər üç komandayla bizi maraqlı qarşılaşmalar gözləyir".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında düşdükləri C qrupundakı rəqibəri dəyərləndirərkən deyib. 45 yaşlı mütəxəssis bildirib ki, rəqiblər ən güclü çempionatların təmsilçiləridir: "Bu turnirdə təcrübə qazanıb əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində İngiltərənin "Çelsi", İspaniyanın "Atletiko" və İtaliyanın "Roma" klublarına rəqib olub.