Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək "Qarabağ” klubu heyətini gücləndirir.
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisi Yunanıstan PAOK-unun yarımmüdafiəçisi Pedro Enrike Konzeni icarəyə götürə bilər.
PAOK-un idman direktoru Lubos Miçel "Qafqazinfo" saytına açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, hələlik razılıq əldə olunmasa da, danışıqlar gedir.
Qeyd edək ki, daha öncə İsveçrə "Sürix”ində oynamış braziliyalı vinger 2016-cı ildə Fransa "Renn”indən PAOK-a keçib. O, Yunanıstan klubunda 23 oyunda 6 qol vurub.