Bolqarıstan milli komandasının futbolçusu Stanislav Manolev Azərbaycan millisi ilə qarşılaşma barədə fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, Rusiyanın ”Dinamo” (Moskva) komandasının müdafiəçisi "sportal.bg" nəşrinə açıqlamasında millimizlə oyunun çətin keçəcəyini bildirib.
O, deyib: "Biz Azərbaycan millisinin bir neçə ev matçını izlədik. Deyə bilərəm ki, onlar öz meydanlarında böyük azarkeş dəstəyilə çox yaxşı oyun nümayiş etdirirlər. Buna görə də biz qələbə qazanmaq üçün böyük əzmkarlıq və xarakter göstərməliyik”.
28 yaşlı futbolçu, həmçinin millimizin Rusiya ilə yoxlama oyununa da toxunub: "Rusiya millisinin Azərbaycan yığmasını məğlub etməsindən xəbərdaram. Bolqarıstan millisi də səviyyə baxımından Rusiyadan geri qalmır. Biz də Azərbaycan millisini məğlub edə bilərik”.
Qeyd edək ki, Azərbaycan və Bolqarıstan yığmaları arasındakı matç sentyabrın 9-da saat 21:00-da "Bakcell Arena”da baş tutacaq.