1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Batşuayi “FİFA 2018”ə etiraz etdi
Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqibi olan İngiltərə "Çelsi”sinin futbolçusu Mişi Batşuayi "FİFA 2018” kompüter oyunundakı göstəricilərindən narazı qalıb.
Sportnet.az xəbər verir ki, Belçika yığmasının 23 yaşlı hücumçusu "Twitter” hesabında narazılığını "buyurun, izah edin” yazmaqla çatdırıb.
O, oyunun əvvəlki versiyası ilə müqayisədə, sürətinin 4 ədəd azaldılmasına, ötürmə qabiliyyətinin 10 ədəd endirilməsinə, driblinqin 2-yə, fiziki hazırlığının 1-ə, ümumi reytinqinin isə 81-dən 80-ə düşməsinə etiraz edib.
"FİFA 2018”i hazırlayan "EA Sports” şirkəti isə futbolçuya cavabında ona qol vurmağı tövsiyyə edib: "Qol vurmaqda davam edin, onda danışarıq”.
Qeyd edək ki, "FİFA 2018”də ən yüksək reytinq 99-dur. M.Batuşayi "Qarabağ”ın I turda "Çelsi”yə səfərdə 0:6 hesabı ilə uduzduğu görüşün 76-cı dəqiqəsində komandasının 5-ci qoluna imza atıb.