1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" MOİK-i çətinliklə yendi
Azərbaycan Premyer Liqasında V turun "Səbail”lə oyununa hazırlaşan "Qəbələ” komandası yoxlama matçı keçirib.
Sportnet.az-ın məlumatına görə, hazırlığını Bakıda gerçəkləşdirən "qırmızı-qaralar” MOİK-lə görüşüb. Əyalət komandası qarşılaşmaya Dmitri Bezotosnı, Vojislav Stankoviç, Vitali Vernidub, Ürfan Abbasov, Tellur Mütəllimov, Dion Malone, Qismət Alıyev, Cavid Hüseynov, Baqali Dabo, Ruslan Qurbanov, Famoussa Kone "11-liy"i ilə başlayıb.
Baş məşqçi Roman Qriqorçuk ikinci hissədə Aqil Məmmədov, Rasim Ramaldanov, Elvin Camalov, Abbas Ağazadə, Alen Askerov, Hacıağa Hacılı, Elvin Məmmədov, Roman Hüseynov, Endi Hallidey, Asif Məmmədov və Ülvi İsgəndərova şans verib.
Komandaların səylərinə baxmayaraq ilk yarı qolsuz başa çatıb. Fasilədən az sonra paytaxt futbolçuları hesabı açmağa müvəffəq olublar. Az keçməmiş "Qəbələ” hesabda tarazlıq yaradıb. 50-ci dəqiqədə Endi Hallidey fərqlənib. Bu qoldan 9 dəqiqə sonra Roman Hüseynov I divizion təmsilçisinin qapısına yol tapıb. Beləliklə, "qırmızı-qaralar” 2:1 hesablı əzmkar qələbə qazanıb.