
İtaliyanın "Yuventus" klubunun futbolçusu Andrea Pirlo yerli mətbuata maraqlı açıqlamalar verib. Sportnet.az-ın məlumatına görə, 35 yaşlı yarımmüdafiəçisi İtaliya milli komandasında hələ də oynamaq istədiyini bildirib.
O, deyib: "Antonio Konteyə milli komandada oynamaq istədiyimi bildirdim. Kontenin gələcəkdə İtaliya millisinə çox şey qatacağını düşünürəm”.
Kontenin rəhbərliyi altında İtaliya millisi uğurla debüt edib. "Skuadra Adzurra" yoldaşlıq görüşündə Hollandiya yığmasını 2:0 hesabı ilə məğlub edib. Həmin oyunda Anrea Pirlo zədə səbəbindən iştirak edə bilməyib.
Qeyd edək ki, İtaliya milli komandası Azərbaycan yığmasının AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərindəndır. Bu komandalar arasında ilk oyun oktyabrın 10-da İtaliyanın Palermo şəhərində keçiriləcək.