
"Bakı" klubunun uşaq komandaları aşağı yaş qrupları üzrə çempionatlara yeni adla qatılacaq. Sportnet.az-ın məlumatına görə, klubun Futbol Akademiyasına Azərbaycanın veteran futbolçusu, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovun adı verilib.
İsgəndər Cavadov BFA nəzdində 5 komanda fəaliyyət göstərir. Bunlar U-10, U-12, U-13, U-14 və U-15 kollektivləridir. Akademiyanın U-15 komandası ilk turda Sumqayıt İOEUGİM-inin qonağı olacaq.